11.21.2006

Dinsiz türk olmaz!


Ey adı ən gözəl başlanğıc olan,
Adınla başlanır yazdığım dastan.
Sən, ey xatirəsi könlümə həmdəm,
Adın düşməmişdir dilimdən bir dəm.
Bütün varlıqları özün yaratdın,
Bağlı qapılara açardır adın.
Adının qərarı olmadan əvvəl
Qələm tutmamışdır dünyada bir əl.
Ey bütün varlığın həyat təməli,
Yetməz dərgahına bir insan əli.
Sənin tərifindir "təbarəkallah"
Alqış cəlalına, feyzinə, Allah!
Nizami Gəncəvi, "Leyli və Məcnun"

Deyirəm, 9 əsr bundan qabaq şeyx Nizaminin yazdığı bu sətirləri oxuduqda adama çox qəribə gəlir -görəsən bu əsrlər bizi niyə bu qədər dəyişdi? Niyə biz öz milli-dini dəyərlərimizi bu qədər unutduq? Dahi şeyx hər bir əsərini Allahın adını zikr etməklə başlayır; biz isə Allahı yalnız dara düşəndə yada salırıq. Bəlkə elə buna görə də başımıza bu fəlakətlər gəlir.
Biz Avropanı məmnun etmək üçün dini azadlıq adı altında əslində dinsizliyə xas olan hərəkətlər edirik. Görəsən, bizim atalarımız -qədim türklər, bizim hal-hazırda olduğumuz kökdə olublar nə vaxtsa? Elə bilirəm ki, Uca Rəbbimiz bizi bir qrup -ifadəmə görə üzr istəyirəm- dılğırın əlindən qurtulmaq üçün kafirin, müşrikin qabağında yalvarmaq üçün yaradıb, qüvvət, elm, mədəniyyət verib, geniş coğrafiyalara yaymayıb. Bizim yaradılış qayəmiz bu deyil. Əsrlərlə ədalətlə hökm sürən Türk xaqanlıqları hər zaman Tək Tanrıya sitayiş ediblər! İslamiyyət bizim üçün yenilik olmayıb! Biz elə müsəlman olmuşuq! Ancaq olmuşuq... Nə yazıq ki, indi deyilik!
Ey Şanlı Türk milləti, ayıl!!!

No comments: