11.21.2006

Hikmət xəzinəsindən::Hədis

  • "Mömin Cənnətə qovuşuncaya qədər qulağına gələn xeyirli söz və hikmətə doymaz."


  • "Bir zaman gələcək ümmətimdən firqələr törəyəcəkdir. Bunlar zina etməyi, ipək paltarları geyinməyi, içki içməyi, musiqi ilə əylənməyi adi hal sayacaqlar."

Tariximizə nəzər salaq...

Osmanlı Sultanı Süleyman Vyananı mühasirədə saxlayır

Görəsən biz nə zaman atalarımıza layiq olacayıq?!!

Sitat::Dilin önəmi haqqında


"Milliyyətin ümdə rüknünü təşkil edən şey dildir. Dil adətən hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsil bunun üçündür ki, təmsil (assimilyasyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər".

"Milli dirilik"
Məhəmməd Əmin Rəsulzadə

Kökümüz hardadır?


Türk tayfalarının hansı qollara ayrıldığını hər halda unutmamışıq... Əgər bu, ümumiyyətlə, bizi maraqlandırırsa...

Dinsiz türk olmaz!


Ey adı ən gözəl başlanğıc olan,
Adınla başlanır yazdığım dastan.
Sən, ey xatirəsi könlümə həmdəm,
Adın düşməmişdir dilimdən bir dəm.
Bütün varlıqları özün yaratdın,
Bağlı qapılara açardır adın.
Adının qərarı olmadan əvvəl
Qələm tutmamışdır dünyada bir əl.
Ey bütün varlığın həyat təməli,
Yetməz dərgahına bir insan əli.
Sənin tərifindir "təbarəkallah"
Alqış cəlalına, feyzinə, Allah!
Nizami Gəncəvi, "Leyli və Məcnun"

Deyirəm, 9 əsr bundan qabaq şeyx Nizaminin yazdığı bu sətirləri oxuduqda adama çox qəribə gəlir -görəsən bu əsrlər bizi niyə bu qədər dəyişdi? Niyə biz öz milli-dini dəyərlərimizi bu qədər unutduq? Dahi şeyx hər bir əsərini Allahın adını zikr etməklə başlayır; biz isə Allahı yalnız dara düşəndə yada salırıq. Bəlkə elə buna görə də başımıza bu fəlakətlər gəlir.
Biz Avropanı məmnun etmək üçün dini azadlıq adı altında əslində dinsizliyə xas olan hərəkətlər edirik. Görəsən, bizim atalarımız -qədim türklər, bizim hal-hazırda olduğumuz kökdə olublar nə vaxtsa? Elə bilirəm ki, Uca Rəbbimiz bizi bir qrup -ifadəmə görə üzr istəyirəm- dılğırın əlindən qurtulmaq üçün kafirin, müşrikin qabağında yalvarmaq üçün yaradıb, qüvvət, elm, mədəniyyət verib, geniş coğrafiyalara yaymayıb. Bizim yaradılış qayəmiz bu deyil. Əsrlərlə ədalətlə hökm sürən Türk xaqanlıqları hər zaman Tək Tanrıya sitayiş ediblər! İslamiyyət bizim üçün yenilik olmayıb! Biz elə müsəlman olmuşuq! Ancaq olmuşuq... Nə yazıq ki, indi deyilik!
Ey Şanlı Türk milləti, ayıl!!!

Tariximizə nəzər salaq...

Görəsən biz nə zaman atalarımıza layiq olacayıq?!!