12.02.2006

Şanı Uca Millətin Şanlı Övladı

Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə

31 Yanvar 1884 ilində Bakının Novxanı kəndində dindar ailədə dünyaya göz açmışdır. İlk təhsilini maarifpərvər ziyalılarımızdan C.M. Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci «Müsəlmani ve rusi» məktəbində almışdı. Şe"r ve məqalələri ilə o dövrün tanınmış qəzet və jurnallarından «İrşad», «Tərəqqi», «Füyuzat» və b. mətbuat orqanlarında fəal cıxış edirdi. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, Səttərxanın rəhbərliyi ilə İran monarxiyasını silkələyən milli-azadlıq mübarizəsinə rəğbət bəsləmiş, bu hərekatın fədailəri ilə görüşmüşdür. O, 1910-cu ıldə İran Demokratik partiyasının özülünü qoyanlardan biridir. 1911ci ilin Sentyabr ayında Bakıda Tağı Nağı oğlu, Məhəmməd Əli Rəsulzadə ve Abbas Kazımzadənin yaratdığı «Türk ədəmi-mərkeziyyət Müsavat» firqəsinin tezliklə üzvü olur ve onun liderlərindən birinə cevrilir. M.E. Rəsulzadə 1917-ci ilin sentyabrinda Müsavatın Bakıda keçirilən 1-ci qurultayında partinın MK-nın sədri seçilir. Ondan əvvəl isə Rusiya Dövlet Dumasının deputatı vəsiqəsini daşıyırdı.

Zaqafqaziya Seymi 26 Mayıs 1918 ilində Gürcüstanın özünü müstəqil elan etməsilə parçalandı. Seymin Azerbaycan nümayəndələri mayın 28-de Tiflisdə keçirilən iclaslarında Azərbaycan Xalq Cümhuriyyetinin istiqlal bəyannaməsini elan etmekle yanaşı M.E.Rəsulzadənin Milli Şuranın sədri seçdilər. Onun haqqında «Azərbaycan» qazetəsinin 1918-ci ıl tarixli 35-ci nömrəsində bele yazılırdı: «Sevgili mühərrimiz, istəkli natiqimiz, millət yolunda canını nisar edən cəmaət xadimimiz Rəsulzadə Məhəmməd Əmin cənabları 3 gündür şəhərimizə varid olmuşdur. Azərbaycan imarətinin binasını qoyan, bu uğurda qəyretli həyatını təhlükəyə atmış olan Məhəmməd Əmin əfəndi biz Azərbaycan türkləri ücün işıqlı bir yıldız rolu oynayaraq istiqlali milli yolunu Nikolay ve Protonov dövrünün zülm gecələrində belə böyük bir xidmət göstərmişdir. Hala növcavan ikən 1905 inqilabından sonra meydani-siyasət ve ictimaiyyə atılaraq o vaxt yenicə təsisə başlayan milli-siyasi təşkilatımızda mühüm mövqelər tutduqdan sonra irtica dövrünün hülulile rus qara güruhunun qəzəbinə giriftar olub İrana qaçmış ve orada dəxi müselmanların mənafeini canından əzız tutaraq İran inqilabçılarilə əl-ələ vererek bir tarafdan «İrani-nou» qezetesi neşrile milletin fedailer zümresinde Mehemmed Eli şahın yakıcı, yıkıcı keyf maişası müqabilində mübarizə etmişdir... Bakının Rusiyayamı, Azərbaycanamı məxsus olması məsələsində Məhəmməd Əmin əfəndi tarixi, mədəni, iqtisadi dəlillər ilə Bakının Azərbaycanın başı və gözü olduğunu isbata qalxmışdı və haqqımızda bunca haqsızlıq işləmiş olan dövlətlərə protesto verdi.20 yaşından bu günədək 31 il müddətində Türklük, İslamlıq, Hürriyyət ve İstiqlaliyyət uğrunda Məhəmməd Əmin əfəndi fövqalədə fədəkarlıq göstərmişdir.»

1920-ci ilin 27 aprelində axşam saat 11-de Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanın fövqalədə iclasında səs çoxluğu ilə 7 bəndlik qərar əsasında hakimiyyət dinc yolla kommunistlərə təhvil verildi. Az sonra repressiyalar başlamış, yalnız Kobanın (Stalinin) bu işe müdaxiləsindən sonra azad edilmişdir. Bir müddet Moskovada işləsədə 1922-ci ildən Məhəmməd Əmin bəyin taleyinin mühacirət dövrü başlayır. Türkiyədə və Almaniyada yaşadığı illərdə «Əsrimizin səyavuşu», «İstiqlal məfkurəsi və gənclik», «Çağdaş Azərbaycan ədəbiyyatı», «Çağdaş Azərbaycan tarixi» və s. əsərlərin müəllifidir.

Azərbaycan xalqının vətənpərvər oğlu görkəmli siyasi xadimi Məhəmməd Əmin Rəsulzadə 1955-ci il Martın 6-da Ankarada şəkər xəstəliyindən uzun müddətli əzablar içərisində üc dəfə «Azərbaycan!...» - deyərək gözlərini əbədi yummuşdur.

...Cəmaət Istiqlala o qədər munis olmuş ,hürriyyət və istiqlal fikri o qədər xalqın canına sinmiş ruhuna işləmişdir ki,indi artıq istiqlal bir firqənin,bir kütlənin arzusu deyil, butun cəmaət vətəni istiqlalsız və dövləti hürriyyətsiz təsəvvür edəmiyor...

Istiqlal bəyənnaməsi (28 May 1918)

1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası sədrinin müavini Həsən bəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamzadə, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrovpaşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikyeqanlı və Hacı Molla Axundzadənin iştirakı ilə (17) Milli Şuranın iclası keçirildi. Bu iclasda aşağıdakı məsələlər müzakirə edildi:
  1. H. Ağayevin Yelizavetpoldakı (Gəncə) son hadisələr barədə məlumatı;

  2. M. Ə. Rəsulzadənin Batumdan teleqramının və məktubunun oxunması;

  3. Seymin buraxılması ve Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanın vəziyyəti. Ən mühüm məsələ sonuncusu idi.

Müsavatın lideri M. Ə. Rəsulzadə Batumda türklərlə danışıqlar apardığından bu iclasda iştirak etmirdi. İclasda X. Xasməmmədov Azərbaycanın vəziyyəti ilə bağlı məruzə etdi. O, çıxışında təxirə salınmadan Azərbaycanın müstəqil respublika elan edilməsinin zəruriliyini əsaslandırdı. N. Yusifbəyli, Ə. Şeyxülislamzadə, M. H. Seyidov və digərləri bu fikrə tərəfdar çıxdılar. F. Xoyski təklif etdi ki, yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına kimi Milli Şura hələlik Azərbaycanın istiqlaliyyətini elan etmədən ölkələrlə sülh danışıqları aparmaq üçün tamhüquqlu Azərbaycan hökumətinin yaradılması ilə kifayətlənsin. Bu təklif ətrafında geniş müzakirələrdən sonra Milli Şura 24 səslə (iki nəfər - S. M. Qənizadə və C. Axundov bitərəf qalmışdı) dərhal Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul etdi və altı bənddən ibarət "İstiqlal Bəyannaməsi"ni (o dövrün sənədlərində "Əqdnamə" və ya "Misaqi-Milli" adlandırılır) elan etdi (18).

Azərbaycan Milli Şurasının qəbul etdiyi “İstiqlal Bəyannaməsi”ndə deyilirdi:

  1. Bu gündən etibarən Azərbaycan xalqı həqqi-hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir.
  2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
  3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
  4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkinden və cinsindən asılı olmayaraq öz sərhədləri daxilinde bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
  5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
  6. Müəssislər Məclisi toplaşana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura ve Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur.

"İstiqlal Bəyannaməsi" elan olunduqdan sonra Milli Şura Azərbaycan hökumətinin yaradılmasını F. Xoyskiyə tapşırdı.Bir saatlıq fasilədən sonra Milli Şura F. Xoyskinin hökumətin yaradılması haqqında məruzəsini dinləmək üçün öz iclasını davam etdirdi. F. Xoyski ilk Azərbaycan Müvəqqəti hökumətini aşağıdakı tərkibdə təqdim etdi:

Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri;

Xosrovpaşa bəy Sultanov – hərbi nazir;

Məhəmməd Həsən Hacınski - xarici işlər naziri;

Nəsib bəy Yusifbəyli – maliyyə və xalq maarifi naziri;

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri;

Məmməd Yusif Cəfərov – ticarət və sənaye naziri;

Əkbər ağa Şeyxülislamzadə - əkinçilik və əmək naziri;

Xudadat bəy Məlikaslanov - yollar və poçt-teleqraf naziri;

Cəmo bəy Hacınski – dövlət nəzarəti naziri.

Suveren Azərbaycan Cümhuriyyətinin elan edilməsi mühüm tarixi hadisə idi. Bu, milli dövlətçiliyin dirçəlişi demək idi və Azərbaycan xalqının geniş kütlələrinin öz istiqlaliyyəti və azadlığı uğrunda birləşməsinin əsasını qoydu. Azərbaycanın yerli əhalisi Cümhuriyyət hökumətinin milli mənafeyi müdafiə edən yeganə qanuni hökumət sayırdı.

http://www.resulzade.org

11.27.2006

Tanınmayan dövlətin məşhur milləti


Söhbət soy-kökümüzün yer aldığı daha bir bölünmüş dövlətdən gedir. O dövlətki, dünyanin oyuncaq qurumlarının əlində əsirdi. Bilirsiz hansı dövlət? Şimali Kipr Türk Cümhuriyyəti adlandırdığımız və say etibarilə 7-ci Türk dövlətindən danışıram. Əvvəlcə qeyd edim ki, bu dövlətin də tarixi bizim tariximizə çox bənzəyir. Onlar da öz yurdlarından qovulub. Onlarda bizim kimi bədnam filankəslər tərəfindən bölünüb. Ancaq yenə də tarixə müraciət etməyi qarşımda vezifə bilirəm.

Kipr adası tarix boyu türklərin olub. Orda türklər yaşayıb. Lakin bizim qabağımızda torpaq iddiasına düşən erməni teroristləri kimi,birdə rum teroristləri var. Həmdə elə ermənilər kimi qorxaq və yaltaq rumlar. O rumlar ki,1964-ci ildə Kipr türklərinə SOYQIRIM etmiş və qadın qoca tanımamışdı. Acaq indiki dövrdə tarixin ləkəsini xırda cib dəsmalı ilə silirlər. Vallah baş aça bilmirəm bu cür oyunlardan. Onlar soyqırım edir biz də qatil oluruq. Bax bu yerde Blez Paskalın sözünü təkrarlayacam. ”Gücün dəstəkləmədiyi ədalət zəifdir. Ədalətin dəstəkləmidiyi gücsə müstəbidlikdir. Gücsüz ədaləti hər zaman əzməyə çalışacaq, ədalətsiz gücə isə nifrət edəcəklər.”

Bəli,doğurdan böyük həqiqətlərdi və sanki bugünümüzdən danışır.

Yenə də ədalətsiz dünyada ədalətlilik prinspinə əsaslanaraq torpaqlarimizi geri qaytarmağa çalişiriq. Məni qınamayın ama bu axmaqlıqdan başqa bir şey deyil.Ancaq gücsüz ədalət sözü sonda məcburiyyəti dərk etməyimizə səbəb olur. Yəqin buna görə elə hər şeyə ədalətlə yanaşırıq (demək olarsa).Ona görədə bu haqda yazmaq fikrim yoxdu.

Türkün ən böyük simvolundan biridə məhz ədalətlilikdir.Buna görədə müəyyən mənada ədalətlilik edib torpaqların bir hissəsini Türkiyə türklərinin vasitəsilə ala bildik.Və 1974-cü ildə bir dövlət qurduq-Şimali Kipr Türk Cümhuriyyəti.Ve Beş Barmaq dağında da böyük bir ay ulduzlu bayraq taxdıq. Di gəl ki, sən bunu dünyaya tanəda biləsən. Əvvəlcə deyim ki, ŞKTC dünyanın ən öndə gedən demokratik ölkələrindən biridir. Doğrusu bu cür dövləti tanımamaq elə məhz güclünün ədalətə təsir prinsipidir. Yox, məni səhv başa düşməyin. Türkiyə güclü dövlətdir və dünyanın istənilən dövlətinə meydan oxumağa qadirdir. Lakin təkdir, nə biz nə də digər türk dövlətləri güclü deyil. Ancaq birliyimiz olsa dünyanın hakimi olarıq.

Nə isə deyək dünya bir tərəfdə onsuz da sionistlərin əlində dünya budaqsız bir ağaca bənzəyir. Budaqsız ağacı isə külək tez yıxır. Bəs ŞKTCni bizim bu türk dövlətləri niyə tanımır? Ancaq birliyimiz olsa nə Kipr türkləri ac qalar, nə də dünya ədalətsizliyi qarşısında tək qalmaz.

Sonda gec də olsa 23 illik müstəqillik münasibəti ilə ŞKTC türklərini təbrik edirik.

Alik Rzazadeh