31 Yanvar 1884 ilində Bakının Novxanı kəndində dindar ailədə dünyaya göz açmışdır. İlk təhsilini maarifpərvər ziyalılarımızdan C.M. Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci «Müsəlmani ve rusi» məktəbində almışdı. Şe"r ve məqalələri ilə o dövrün tanınmış qəzet və jurnallarından «İrşad», «Tərəqqi», «Füyuzat» və b. mətbuat orqanlarında fəal cıxış edirdi. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, Səttərxanın rəhbərliyi ilə İran monarxiyasını silkələyən milli-azadlıq mübarizəsinə rəğbət bəsləmiş, bu hərekatın fədailəri ilə görüşmüşdür. O, 1910-cu ıldə İran Demokratik partiyasının özülünü qoyanlardan biridir. 1911ci ilin Sentyabr ayında Bakıda Tağı Nağı oğlu, Məhəmməd Əli Rəsulzadə ve Abbas Kazımzadənin yaratdığı «Türk ədəmi-mərkeziyyət Müsavat» firqəsinin tezliklə üzvü olur ve onun liderlərindən birinə cevrilir. M.E. Rəsulzadə 1917-ci ilin sentyabrinda Müsavatın Bakıda keçirilən 1-ci qurultayında partinın MK-nın sədri seçilir. Ondan əvvəl isə Rusiya Dövlet Dumasının deputatı vəsiqəsini daşıyırdı.
Zaqafqaziya Seymi 26 Mayıs 1918 ilində Gürcüstanın özünü müstəqil elan etməsilə parçalandı. Seymin Azerbaycan nümayəndələri mayın 28-de Tiflisdə keçirilən iclaslarında Azərbaycan Xalq Cümhuriyyetinin istiqlal bəyannaməsini elan etmekle yanaşı M.E.Rəsulzadənin Milli Şuranın sədri seçdilər. Onun haqqında «Azərbaycan» qazetəsinin 1918-ci ıl tarixli 35-ci nömrəsində bele yazılırdı: «Sevgili mühərrimiz, istəkli natiqimiz, millət yolunda canını nisar edən cəmaət xadimimiz Rəsulzadə Məhəmməd Əmin cənabları 3 gündür şəhərimizə varid olmuşdur. Azərbaycan imarətinin binasını qoyan, bu uğurda qəyretli həyatını təhlükəyə atmış olan Məhəmməd Əmin əfəndi biz Azərbaycan türkləri ücün işıqlı bir yıldız rolu oynayaraq istiqlali milli yolunu Nikolay ve Protonov dövrünün zülm gecələrində belə böyük bir xidmət göstərmişdir. Hala növcavan ikən 1905 inqilabından sonra meydani-siyasət ve ictimaiyyə atılaraq o vaxt yenicə təsisə başlayan milli-siyasi təşkilatımızda mühüm mövqelər tutduqdan sonra irtica dövrünün hülulile rus qara güruhunun qəzəbinə giriftar olub İrana qaçmış ve orada dəxi müselmanların mənafeini canından əzız tutaraq İran inqilabçılarilə əl-ələ vererek bir tarafdan «İrani-nou» qezetesi neşrile milletin fedailer zümresinde Mehemmed Eli şahın yakıcı, yıkıcı keyf maişası müqabilində mübarizə etmişdir... Bakının Rusiyayamı, Azərbaycanamı məxsus olması məsələsində Məhəmməd Əmin əfəndi tarixi, mədəni, iqtisadi dəlillər ilə Bakının Azərbaycanın başı və gözü olduğunu isbata qalxmışdı və haqqımızda bunca haqsızlıq işləmiş olan dövlətlərə protesto verdi.20 yaşından bu günədək 31 il müddətində Türklük, İslamlıq, Hürriyyət ve İstiqlaliyyət uğrunda Məhəmməd Əmin əfəndi fövqalədə fədəkarlıq göstərmişdir.»
1920-ci ilin 27 aprelində axşam saat 11-de Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanın fövqalədə iclasında səs çoxluğu ilə 7 bəndlik qərar əsasında hakimiyyət dinc yolla kommunistlərə təhvil verildi. Az sonra repressiyalar başlamış, yalnız Kobanın (Stalinin) bu işe müdaxiləsindən sonra azad edilmişdir. Bir müddet Moskovada işləsədə 1922-ci ildən Məhəmməd Əmin bəyin taleyinin mühacirət dövrü başlayır. Türkiyədə və Almaniyada yaşadığı illərdə «Əsrimizin səyavuşu», «İstiqlal məfkurəsi və gənclik», «Çağdaş Azərbaycan ədəbiyyatı», «Çağdaş Azərbaycan tarixi» və s. əsərlərin müəllifidir.
Azərbaycan xalqının vətənpərvər oğlu görkəmli siyasi xadimi Məhəmməd Əmin Rəsulzadə 1955-ci il Martın 6-da Ankarada şəkər xəstəliyindən uzun müddətli əzablar içərisində üc dəfə «Azərbaycan!...» - deyərək gözlərini əbədi yummuşdur.
...Cəmaət Istiqlala o qədər munis olmuş ,hürriyyət və istiqlal fikri o qədər xalqın canına sinmiş ruhuna işləmişdir ki,indi artıq istiqlal bir firqənin,bir kütlənin arzusu deyil, butun cəmaət vətəni istiqlalsız və dövləti hürriyyətsiz təsəvvür edəmiyor...
No comments:
Post a Comment