Mövzuya toxunanda köksümdəki yaralar oyanır. Ağlamamaq ancaq mümkünsüzlükdür. Axı, necə ağlamayasan?
Dərbənddən Fərat çayına, İberiyadan Xəzər dənizinə kimi ərazisi olan məmləkətim indi tükləri yolunmuş bir qartala bənzəyir. Çox təəssüflənirəm: 1) bu millətin tarixinə heyfim gəlir; 2) bu məmləkətin varına, dövlətinə yazığım gəlir.
Gözümün önündə türkçülüyümün əridilməsi məni heyrətə salır. Cəmiyyətimiz çox sakitdir. Sanki son mənzili qəbul etməklə barışmışıq. Yox! Vallah bu vətənə yaraşmır. İnanın ki, bu millətə yaraşmır. Axı bir tarixə baxın. Gör bir bu vətən kimləri yetişdirib. Bu millətin anası kimdi! Yox, vallah yaraşmır. Mən bir azərbaycanlı türküyəm, türkoğluyam. Ona görə də həzm edə bilmirəm. Axı necə edim? “AzTV” və “Lider” kimi kanallar soyumuzu-kökümüzü silmək üçün yarışa girib. Pul bütün “kulturamızı” üstələyib. Atıq milli kimliyimizi də pula satmaq üzrədirlər. Yox, qardaş, həzm edə bilmirəm.... . Bu millət Nizamilər yetişdirdi, hər kəliməsi bir müdriklik idi. Tayı-bərabəri yox idi. Hər sözü bir hikmət idi! Bu millət Nəsimilər yetişdirib, hər sözü bir qüdrət idi! Bu millət Füzulilər yetişdirib hər sözü bir məhəbbət idi! Nə Rəsulzadələr, Müşviqlər, Cavidlər yetişdi bu torpaqda! Yaşamadılar, ancaq yaşatdılar bu vətəni, milləti. Vallah məni qınamayın. Mənim 300 mln türk millətim var. Axı mən necə fəxr etməyim bunlarla? Türkçülük mənim şəxsiyyətimin bütövlüyüdür. Ona xəyanət edənləri gördükcə od tutub yanıram. Düzünü deyimki bu məmləkəti 1915-ci il Türkiyəsinə bənzədirəm. O zamanda vətən ağlayırdı.Və bir ATATÜRK deyilən şəxsiyyət vardı. Xırda bir vilayətdən çıxıb məmləkəti azad elədi. Həmdə eyni anda ingilis,yunan,fransız,erməni və digər işğalçıların qoşunlarını məğlub edərək qurtardı. Bir CÜMHURİYYƏT qurdu. Və yaşatdı. Gələcək nəsillərə bir miras göndərdi. Bu TÜRKÜN kim oldugunu göstərir.
Ancaq biz hələ Qarabağımızı ala bilmirik. Çünki bir vətənə,bir millətə dövləti “xilas edəcəyik” pərdəsi altında yalaçılara,rüşvətxorlara yox, onu qoruyub bir bütövlük şəklində gələcəyə çatdırana ehtiyacı var. Atatürk kimi bir igidə ehtiyacı var. Ağlama vətən,ağlama. Bir Atatürk də sən yetişdir, səni qurtarsın. Gözləmə dünyanın ədalətini. Onsuzda ədalətsiz sən olacaqsan.
Alik Mədətoğlu
No comments:
Post a Comment