ALLAH İÇİN BUNU MUTLAKA OKUYUN:
Bir Cuma günü Kuran okurken S.A. uykuya dalar ve
rüyasinda Peygamber Efendimiz onun karsisindadir ve ona
sunlari söyler:
Bir hafta Içinde 7000 insanin ölecegini, ama hiç birinin de gerçek bir Müslüman
olmayacagini, Son zamanlarda pek çok kimsenin Allahin istedigi düzgün ve dürüst isler
yapmadigini, bu zamanlarin kötü zamanlar oldugunu, Bu zamanda evli kadin ve erkeklerin
eslerine sadik kalmadiklarini, genç
olduklarini, edepli giyinmedikl
saygi göstermediklerini,
zekât vermez olduklarini, Insanlarin namaz kilmadiklarini ve oruç tutmadiklarini,
oysa Mahser Gününün yaklastigin
kalacagini ve dua kapilarinin
olacagini, Günesin Dünyaya çok yaklasarak tersten dogup
Peygamber efendimiz ayrica sunlari da ekler:
'Her kim bunu okurken yaninda baskalari varsa onlarin da duyacagi sekilde
açiktan okusun. Bunu yapan kisiye Cennet de bir yer ayrilir ve her kim
bu mesaja inanmayacak olursa, ona da Cehennemden bir yer
ayrilir. Bir dilek sahibi bu mesaji kopyalayip baska insanlara dagittiginda
dilegi yerine gelir.'
Rüyayi anlatan S.A. bunlarin dogru olduguna inandirmak için su yemini etmis: 'Bunlar
dogru degilse, gerçek bir
durum tespitinden sonra asagidaki tavsiyelerde bulunur: Günde bes defa namaz kilin, Oruç
tutun, Hirsizlik yapmayin, Fakirlere yardim edin. Her kim bu mesaji 25
3 gün içerisinde mükâfatlandirila
biri inanmamis, sevdigi zarar görmüs, bir baskasi
duruma düsmüs.
Lütfen bunun yalan oldugunu sanmayin! Bu mesaji silip geçmeyin ve
yollayın!!! çok zor değil kopyala ve yapıştır!!!!!!!
Bismillahirrahmanirrahim
Uca Rəbbimizin salamları olsun üzərinizə, hörmətli müsəlman qardaş və bacılarım!
Hər birimizin tanış olmuş olduğumuz bu mail haqqında düşüncələrimi sizlərlə bölüşməyi özümə borc bilirəm. Ən azı ona görə ki, mənim də güclü-zəif bir imanım var; mən də qəlbi bu Vətən üçün döyünən bir insanam. Sadəcə bəzi məqamlar həqiqətən də insana çox acı yaşadır! Fikrimə bir balaca açıqlıq gətirim. Hər birimizin almış olduğumuz bu tip maillərlə ilk dəfə deyil ki, qarşılaşıram. Niyyətim o maili forward edən insanları qırmaq deyil! Əsla! Tam əksinə, bu mail bir vəsilə oldu ki, sizin kimi dəyərli şəxslərin zəkası üçün, Allahın iznilə, kiçicik bir pəncərə açım.
Dəyərli yoldaşlar, əksərən bu cür mailləri aldığımız tanışlarımıza çox güvəndiyimiz üçün o maillərin tam dəqiq incələməmiş digər sevdiyimiz, hörmət bəslədiyimiz tanışlarımıza göndəririk. Amma bir balaca diqqətlə fikir versək, bu maillərdə həqiqətdən kənar məqamların çox olduğu çox açıq görünür.
1. Əvvəla, İslamiyyət Risalətin lap başlanğıcından sonunadək heç zaman qorxu hesabına insanları imana dəvət etməmişdir. Quranın ilk ayətini xatırlamaq kifayətdir: "Oxu! Yaradan Rəbbinin adıyla oxu! ... Rəbbin Kərəm sahibidir!." Bu ayətdə qorxudan əsər-əlamət yoxdur! Eləcə də Rəsulullah (S.A.V) –ın hədislərində də əksərən elm, marifət, məhəbbət və dayanışma önə çəkilir! Əsla Cəhənnəmlə qorxudulmur insanlar! Axırzaman və Qiyamət –lə əlaqəli ayət və hədislərin əsas məqsədi isə insanlara daha çox dua və ibadətlərə sarılacaqları zamanları bildirməkdir!
2. Ayət və Hədislərdə kimlərə Cənnətdə, kimlərə isə Cəhənnəmdə yer ayrılacağı açıq şəkildə bildirilməkdədir! Allah bu mesajlarını insanlara çatdırmaq üçün sonuncu peyğəmbərini Yer üzünə göndərmişdir və onunla da Allahın Kəlamı tamamlanmışdır. Yuxarıda dediyimiz insan qrupları da Quranda və hədislərdə öz əksini tapır. Allahdan qeyrisi "bu sözlərimə inanmayanlar üçün Cəhənnəmdə yer hazırlanacaq" deyə kiməsə əmr vermək iqtidarında deyil! Peyğəmbərlər belə Allahın qullarıdırlar!
3. Mail-in sonluğu isə, ümumiyyətlə, İslamı lağa qoyacaq şəkildədir! "Aman ha, bunu eləməsəniz başınıza bəla açmış olacaqsınız!" mənasına gəlir! Eyni zamanda körpə uşağı aldadarmış kimi vədlər verilir ki, bunları ümumiyyətlə müzakirə eləmək niyyətində deyiləm!
Dəyərli həmvətənlərim, yazdıqlarımı 3 gün ərzində 25 nəfərə çatdırdığınız və ya önəm vermədiyiniz zaman başınıza nə gələcəyini deyə bilmərəm, amma, bir şeyi dəqiq bilirəm –bu gedişatla dinimizi itirib, Allaha şirk qoşanlardan olacayıq (Allah qorusun!). Bunun qarşılığı isə Cəhənnəmdən əzabından başqası deyil (Uca Allah Quranda bunu açıq ifadə edib)!
Alah bizi cahillikdən və şirkdən qorusun; qəlblərimizi İslam üzərində sabit qılsın!
Hörmətlə, İlqar.
No comments:
Post a Comment