1.19.2009

Bizlərdən razısınızmı?..

Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.

Əl-Bəqərə, 154


Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.
Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.


Ali-İmran, 169-170


  Müqəddəs himnimizdə də deyildiyi kimi Vətənimiz üçün qanımızdan, canımızdan keçməyə hazır olmağımızı bir daha sübut etdik. 19, 20 Yanvar 1990 –cı il tarixində. Qoca, cavan, qadın, qız... Gözündə zərrə qədər qorxu olmadan əli silahlıların, tankların qarşısına çıxıb müstəqil olmaq istədiyini bəyan etdi Azərbaycan Xalqı. Milli, cinsi ayrıseçkilik yox idi. Hamı bir idi. Hamı Azərbaycan Xalqının nümayəndəsi idi. Hamı Azərbaycan övladı idi. Qanlar töküldü. Amma geri çəkilmədik. Allah şəhidlərimizə rəhmət etsin! Yerləri cənnət olsun! Onları Quranda Uca Allah müjdələmişdir. Onlar ölü deyillər! Bəlkə də, Uca Allah, onlar üçün xüsusi bir həyat yaradıb, hansında ki, həyatdan köçdüklərini təsəvvürlərinə belə gətirmədən, iztirabsız bir həyat yaşayırlar. Sevdikləri ilə bərabər. Onlar buna layiqdirlər!


  Onlar bizim hür olmamız üçün bir oldular. Allah onları hür olaraq bu dünyadan aldı.


  Biz hürük... Fəqət birikmi?.. Qorxaram ki, bü dünyadan 1 olaraq köçərik.


  Bu dünya bir yuxudur. Öldüyümüz zaman ayılacağıq. Bir yuxu üçün bu qədər çalışmağına dəyərmi acaba?! Bu fani dünya üçün... Qorxaram ki, oyandığımız zaman artıq gec olacaq...


  19 il arxada qaldı. 19 il bir igidin ömrüdür! Daha doğrusu idi!.. İndiki 19 yaşında olan gənclərimizə; elə 24 yaşda olan özümə də igid deməyə cürət eləmirəm. Elə düz də edirəm! Nə bəhanəylə igid deyim axı özümüzə?! 19 ildə dəyişən həqiqətlərin ən acısı da budur ki, 20%-ə yaxın torpaqlarımızı itirmişik. Biz şəhidlərimizin başlatdığı yola elə bir neçə ilin içində xəyanət etdik! Satqınlara igid demək olmaz! Kökümüzdən, tariximizdən, dilimizdən, dinimizdən bir xeyli uzaqlaşmışıq bu 19 ildə.


  Gəlin bir şəhidlərimizə səslənək. Biz onları görməsək də, duymasaq da, onlar bizi, bəlkə də, duyurlar, görürlər. Amma yuxarıdakı fikrimə müxalif çıxıram. Axı onlar iztirabsız həyat sürürlər. Bizim xəyanətimiz isə iztirab yaşadır! Yenə də...



Əziz yurddaşlarımız, müqəddəs şəhidlərimiz!


  Bizim müstəqil olmamız üçün, kiminsə əsarətində yaşamamamız üçün canlarınızı fəda etdiniz. Vətən sizdən razıdır, Allah sizdən razıdır, biz sizdən razıyıq! Bəs Siz bizlərdən razısınızmı?


  Çoxunuz gənc idiniz - gənclərimizdən razısınızmı? Hisslərimizin, istəklərimizin, həvəsimizin düşkünü olmağımızdan razısınızmı?..


  Bir oldunuz, hür oldunuz –bizim “birliyimiz”dən razısınızmı? Məşhur timsaldakı kimi, Vətənimizi hərəmizin bir tərəfə çəkməyindən razısınızmı? Kökümüzə dönük çıxmağımızdan razısınızmı?


  Çoxunuz elmli idiniz –təhsilimizdən razısınızmı? Rüşvət verib həkimlər, müəllimlər olmağımızdan –Vətənə “layiqli” yetişib/yetişdirildiyimizdən razısınızmı?


  Çoxunuz kişi idiniz –namərdliyimizdən razısınızmı?


  İçinizdə qadınlar, qızlar az deyildi –qadınlarımızdan, qızlarımızdan razısınızmı? Əxlaqsızlığımızdan razısınızmı? Feminizmimizdən, avropasayağı açıq-saçıq geyimlərimizdən razısınızmı? Gələcəyin anaları olacaq qızlardan, onların əxlaqından razısınızmı? Onlar sizin kimi övladlar dünyaya gətirib, yetişdirə biləcəklərmi?..



  Axirətdə yanınızda üzükölgəlilikdən Allah bizləri qurtarar, İnşaAllah!



  Uca məqamınıza dərin hörmətlə, İlqar Əlizadə.


5.09.2008

Cahil e-mailə cavab

Bir gün poçt qutumda çox dəyərli bir tanışımın mənə yolladığı bir məktubu gördüm. Anlaşılan o idi ki, artıq məktub bir neçə dəfə forward olunmuşdu. Mən də növbəti dəfə 25 nəfərə yollamaqdansa kiçicik bir əlavə eləməkdən özümü çəkindirə bilmədim...

ALLAH
İÇİN BUNU MUTLAKA OKUYUN:
Bir Cuma günü Kuran okurken S.A. uykuya dalar ve
rüyasinda Peygamber Efendimiz onun karsisindadir ve ona
sunlari söyler:
Bir hafta Içinde 7000 insanin ölecegini, ama hiç birinin de gerçek bir Müslüman
olmayacagini, Son zamanlarda pek çok kimsenin Allahin istedigi düzgün ve dürüst isler

yapmadigini, bu zamanlarin kötü zamanlar oldugunu, Bu zamanda evli kadin ve erkeklerin
eslerine sadik kalmadiklarini, genç kizlarin erkekler gibi her yere girip-çikip gezer
olduklarini, edepli giyinmediklerini, Tüm gençlerin velilerine ve diger insanlara
saygi göstermediklerini, Zenginlerin fakirlerle ilgilenmediklerini, artik sadaka ve
zekât vermez olduklarini, Insanlarin namaz kilmadiklarini ve oruç tutmadiklarini,
oysa Mahser Gününün yaklastigini, Kisa bir zaman sonra gökte sadece bir yildiz
kalacagini ve dua kapilarinin kapanacagini, Kurandaki yazilarin silinerek okunamaz
olacagini, Günesin Dünyaya çok yaklasarak tersten dogup batacagini...
Peygamber efendimiz ayrica sunlari da ekler:
'Her kim bunu okurken yaninda baskalari varsa onlarin da duyacagi sekilde
açiktan okusun. Bunu yapan kisiye Cennet de bir yer ayrilir ve her kim
bu mesaja inanmayacak olursa, ona da Cehennemden bir yer
ayrilir. Bir dilek sahibi bu mesaji kopyalayip baska insanlara dagittiginda
dilegi yerine gelir.'
Rüyayi anlatan S.A. bunlarin dogru olduguna inandirmak için su yemini etmis: 'Bunlar
dogru degilse, gerçek bir Müslüman gibi ölmeyeyim!' Peygamber Efendimiz yukaridaki

durum tespitinden sonra asagidaki tavsiyelerde bulunur: Günde bes defa namaz kilin, Oruç
tutun, Hirsizlik yapmayin, Fakirlere yardim edin. Her kim bu mesaji 25 kisiye dagitacak olursa,

3 gün içerisinde mükâfatlandirilacaktir. Biri bunu yapmis ve çalistigi firmadan zam almis.
biri inanmamis, sevdigi zarar görmüs, bir baskasi yarin yaparim demis, fakat yapamayacak
duruma düsmüs.
Lütfen bunun yalan oldugunu sanmayin! Bu mesaji silip geçmeyin ve
25 kişiye
yollayın!!! çok zor değil kopyala ve yapıştır!!!!!!!

Bismillahirrahmanirrahim

Uca Rəbbimizin salamları olsun üzərinizə, hörmətli müsəlman qardaş və bacılarım!

Hər birimizin tanış olmuş olduğumuz bu mail haqqında düşüncələrimi sizlərlə bölüşməyi özümə borc bilirəm. Ən azı ona görə ki, mənim də güclü-zəif bir imanım var; mən də qəlbi bu Vətən üçün döyünən bir insanam. Sadəcə bəzi məqamlar həqiqətən də insana çox acı yaşadır! Fikrimə bir balaca açıqlıq gətirim. Hər birimizin almış olduğumuz bu tip maillərlə ilk dəfə deyil ki, qarşılaşıram. Niyyətim o maili forward edən insanları qırmaq deyil! Əsla! Tam əksinə, bu mail bir vəsilə oldu ki, sizin kimi dəyərli şəxslərin zəkası üçün, Allahın iznilə, kiçicik bir pəncərə açım.

Dəyərli yoldaşlar, əksərən bu cür mailləri aldığımız tanışlarımıza çox güvəndiyimiz üçün o maillərin tam dəqiq incələməmiş digər sevdiyimiz, hörmət bəslədiyimiz tanışlarımıza göndəririk. Amma bir balaca diqqətlə fikir versək, bu maillərdə həqiqətdən kənar məqamların çox olduğu çox açıq görünür.

1. Əvvəla, İslamiyyət Risalətin lap başlanğıcından sonunadək heç zaman qorxu hesabına insanları imana dəvət etməmişdir. Quranın ilk ayətini xatırlamaq kifayətdir: "Oxu! Yaradan Rəbbinin adıyla oxu! ... Rəbbin Kərəm sahibidir!." Bu ayətdə qorxudan əsər-əlamət yoxdur! Eləcə də Rəsulullah (S.A.V) –ın hədislərində də əksərən elm, marifət, məhəbbət və dayanışma önə çəkilir! Əsla Cəhənnəmlə qorxudulmur insanlar! Axırzaman və Qiyamət –lə əlaqəli ayət və hədislərin əsas məqsədi isə insanlara daha çox dua və ibadətlərə sarılacaqları zamanları bildirməkdir!

2. Ayət və Hədislərdə kimlərə Cənnətdə, kimlərə isə Cəhənnəmdə yer ayrılacağı açıq şəkildə bildirilməkdədir! Allah bu mesajlarını insanlara çatdırmaq üçün sonuncu peyğəmbərini Yer üzünə göndərmişdir və onunla da Allahın Kəlamı tamamlanmışdır. Yuxarıda dediyimiz insan qrupları da Quranda və hədislərdə öz əksini tapır. Allahdan qeyrisi "bu sözlərimə inanmayanlar üçün Cəhənnəmdə yer hazırlanacaq" deyə kiməsə əmr vermək iqtidarında deyil! Peyğəmbərlər belə Allahın qullarıdırlar!

3. Mail-in sonluğu isə, ümumiyyətlə, İslamı lağa qoyacaq şəkildədir! "Aman ha, bunu eləməsəniz başınıza bəla açmış olacaqsınız!" mənasına gəlir! Eyni zamanda körpə uşağı aldadarmış kimi vədlər verilir ki, bunları ümumiyyətlə müzakirə eləmək niyyətində deyiləm!

Dəyərli həmvətənlərim, yazdıqlarımı 3 gün ərzində 25 nəfərə çatdırdığınız və ya önəm vermədiyiniz zaman başınıza nə gələcəyini deyə bilmərəm, amma, bir şeyi dəqiq bilirəm –bu gedişatla dinimizi itirib, Allaha şirk qoşanlardan olacayıq (Allah qorusun!). Bunun qarşılığı isə Cəhənnəmdən əzabından başqası deyil (Uca Allah Quranda bunu açıq ifadə edib)!

Alah bizi cahillikdən və şirkdən qorusun; qəlblərimizi İslam üzərində sabit qılsın!

Hörmətlə, İlqar.

3.08.2007

Sosial-iqtisadi dəyişikliklər fonunda ailə

“Türk ailə quruluşu qərbdə əmsal alınmalı
və təqlid edilməlidir”.
Bricit Berger
Əsrlər boyu qərblə-şərqin arasında keçilməz bir uçurum mövcud olmuşdur. Bu qütblərin (böyük əksəriyyətlə özlərini coğrafi deyil, mənəvi qütblər olaraq göstərmişlər) özünəməxsus dəyərləri dünyagörüşü olmuşdur. Sanki, hər biri ayrıca bir şəxsdir. Biz isə bir şərq insanı olduğumuza görə, ilk olaraq, ailənin bizim üçün nə olduğunu müəyyən edək. Ailə bizim bir insan kimi, bir şəxsiyyət kimi formalaşdığımız; bizə həyatımız boyu xoş təəssüratlarından təsirləndiyimiz gözəl dəyərləri bəxş edən, bizim üçün müqəddəs olan bir institutdur. Ailə heç bir zaman unuda bilməyəcəyimiz bir məfhumdur!
Ancaq bir qərb insanı ailə haqqında eyni şeyləri deyə bilməz. Onun üçün ailə, ana bətni kimi, müvəqqəti olaraq qalmağa məcbur olduğu bir məkandır. Burada müqəddəslikdən danışmağa isə, tamamilə, heç bir əsas yoxdur!
Beləliklə, iki, bir-birinə zidd, kökündən fərqli aspektdə ailə... “Ancaq burada qərblinin anladığı tərzdə ailənin nə olduğunu incələməyin mövzumuz baxımından nə əhəmiyyəti var?” deyə bir sual doğa bilər. -Əhəmiyyəti çox böyükdür! Belə ki, sosial-iqtisadi adlandırdığımız dəyişikliklər məhz Qərbdən qaynaqlanır. Əslində, hər şey sənaye inqilabından sonra başladı. Bu dövrə qədər də Qərb öz dəyərlərini Şərqə aşılamağa çalışırdı, ancaq, Şərqdə bunun önünü alabiləcək qüvvələr var idi ki, bunlardan biri də Osmanlı İmperatorluğu idi.
Şərqin elmindən qaynaqlanan Qərb elmi-texniki nailiyyətləri Şərqin əzmini qırmaq yolunda ən böyük vasitəyə çevirdi. Beləliklə, sənaye inqilabı, ardından da Osmanlının yıxılması bayraqdarsız qalan Şərq, böyük əksəriyyətlə də müsəlman dünyasına girmək üçün şərait yaratdı.
Müsəlman dünyasında mövcud olan sosial bərabərlik, ədalət prinsiplərinə alternativ olaraq ortaya çıxarılan Marksizm uzunömürlü olmadı. Çünki, onun dayaq nöqtəsi çürük idi. İnsan cəmiyyətinin bir heyvan dəstəsindən başqa bir şey olmadığını iddia edən bir idealogiyanın nə əsası ola bilər ki?!
Bundan doğan mənfi milliyətçilik hərəkatları da bir uğur əldə edə bilmədi. Əslində, Avropanın qurduğu “saat bombası” öz əlində partladı.
Sadaladığımız bu hadisələr isə həm Avropanın, həm də Asiyanın “ekranlarında” cərəyan edirdi. Lakin, bununla belə həyat davam edirdi...
Sonradan, digər böyük bir imperiya olan Sovetlər dağıldıqdan sonra isə Qərb tam gücüylə Şərqə doğru hücuma keçdi. İlk olaraq, mədəniyyətlərini (-sizliklərini) yaymaq üçün, sonra istehlakçı bazarı qazanmaq üçün, ən nəhayət isə, idealogiyalarını qəbul etdirmək və bununla da Bizi idarə etmək üçün...
Bu proses içində hər bir sosial institutlara, o cümlədən ailəyə, ciddi zərbələr vuruldu. Çünki, elə məqsəd də bir Şərqli üçün ən müqəddəs saydığı məfhumları aradan qaldırmaq idi. Bir ölkənin iri sənaye müəssisələrini yox etmək o ölkəni yenbək deməkdir. Qərb də bizim mənəviyyat ölkəmizin ən iri müəssisələrindən birinin ailə olduğunu çox gözəl bilirdi.
İndi isə onların uğur əldə edib-etmədiklərini incələyək.
Müsəlman-türk cəmiyyətinin üzvü ailəsinə qarşı daha çox məsuliyyət hiss edir. O, ailəsindən ayrılmağa can atmır, əksinə, ailəsi üçün daha faydalı olmağa, daha çox imkanlar təşkil etməyə çalışır. Bu cəmiyyətin fərdi ailəsini şəxsi həyatının ayrılmaz bir hissəsi, özünü də ailəsinin bir tam olması üçün mütləq bir şərt kimi zənn edir. O, ailəsindən ayrı düşdüyü zaman belə onun üzvü olaraq düşünür, ailəsini unutmur.
Dolğun yaşa gəlmək insana ailəsindən uzaq düşməyi xatırlatdığı üçün bir sıxıntıya çevrilir, fərd depressiya halı yaşamağa başlayır. Ancaq bunun səbəbi tək, köməksiz qalmaq qorxusundan çox ailəsinə qarşı olan məhəbbətindən irəli gəlir. Valideynlər də, öz növbələrində, övladlarından əllərini üzmürlər, daim ona yardım etməyə çalışırlar.
Yuxarıda sadaladığımız xüsusiyyətlər müsəlman-türk cəmiyyətində mövcud olan ümumi anlayışı əks etdirir. Gəlin, Qərb ailəsinə də nəzər salaq.
Qərb ailəsində övlad 18 yaşına çatana qədər ailə ona yardım edir. Ancaq bununla belə, ailə onun üçün sadəcə bir “qohumlar cəmiyyətidir” -valideynləri onun sirdaşları, dostarı ola bilməzlər. Zahirdə bir səmimiyyət, dost münasibətləri görünsə də, əslində, bəzən hörmətsizlik predmeti olan ünsiyyət növü özünü açıq şəkildə biruzə verməkdədir.
Qərbli övlad özündə ata-anasına etdiyi hər bir əməli bildirmək ehtiyacı hiss etmir. Eyni zamanda, onun üçün etdiyi əməlin valideynlər tərəfindən tənqid oluna bilməsi ehtimalını nəzərə almaq belə alçaldıcı gəlir. O, müstəqildir, azaddır.

Ailə, yoxsa iş həyatı?..
Ailə münasibətlərində Şərq-Qərb fərqlilikləriə digər prizmadan nəzər salaq.
Müsəlman-türk ailə başçısı və ya ailənin qazanc əldə etmək məqsədilə işləyən hər hansı digər üzvü üçün iş ailəsini dolandırmaq (ailəsinə yardım etmək üçün) bir maddi qaynaqdır. O, iş ərzində belə ailəsini unutmur, hal-hazırda nə üçün əziyyət çəkdiyini, kimin üçün işlədiyini unutmur. İş həyatı onun üçün ailəsindən sonra ikinci, və ya daha sonrakı plandadır.
Burada müsəlman-türk cəmiyyətində türk cəmiyyətinin xüsusilə seçildiyini sübut etmək üçün kiçik bir misal: Avropada işləyən Mərakeşli, Əlcəzayirli, Pakistanlı (müsəlman) və Yunan, İspaniyalı və Portuqaliyalı işçilərdən öz ailələrinə və öz ölkələrinə ən çox pul göndərən türklərdir (Dr. Necmettin Turinay, “Değişen toplum ve aile”, Ankara -1996, shf 177) . Bu misalda Türkiyəlilərdən bəhs olunsa da, Azərbaycan övladının da qazanc dalınca başqa ölkələrə getdiyi zaman belə ailəsini unutmamasına aid misallar Rusiyanın şəhərlərində yüz minlərlədir.
Qərbliyə nəzər saldıqda isə onun iş karyerasını hər şeydən ön görmək kimi ideoloji sapqınlığa məruz düşüncə tərzinə malik olduğunu görürük. Ən qorxulusu isə bu düşüncənin yalnız ailə başçıları olan kişilərdə deyil, qadınlarda da hakim olmasıdır. Qərb cəmiyyətində qadın uşağına qulluq etməkdən çox gözəl karyera qurmaqdan daha çox həzz alır. Onun üçün “siz bu işi çox uğurla yerinə yetirdiniz”, “siz çox bacarıqlı işçisiniz” sözləri “ana, mən bu gün gözəl qiymətlər almışam” sözlərindən daha xoşdur.
Burada, yeri gəlmişkən, ailə institutunun ən böyük düşmənlərindən olan “Feminizm” haqqında qısaca danışmaq istərdim. Feminizm “sosial ədalət” axtaranların sapqınlıqlarının ən uca nöqtəsidir. Qadın haqqlarının qorunması adı altında qadının ailəyə bağlı olmaması ideyasını irəli sürən bu hərəkat yıxıcı rol oynayır.

Ailənin düşməni: Feminizm!
Əslində qadınla kişinin arasındakı münasibətlər və qarşılıqlı maraq təbii, insanın yaradılışından var olan bir hadisədir. Bunun da öz çox maraqlı və olduqca düşündürücü yönləri vardır. Belə ki, qadın (Yeri gəlmişkən, “8 Mart” Beynəlxalq Qadınlar gününün keçirilməsi qərarı da məhz Feministlərin 1-ci Beynəlxalq konfransında qəbul edilib.) yaradılışdan zərif bir məxluq olduğundan daim onu təhlükələrdən qoruyacaq bir şəxsə ehtiyacı var. Burada əsas rolu həyat yoldaşı və ən çox ehtiyacı olan dövrdə -gənclik dövründə, baş örtüsü oynayır. Müsəlman cəmiyyətində qadınlarda baş örtüsünün bunun kimi əhəmiyyəti var. Baş örtüsünün köməyi ilə qadın özünü ən qorxulu düşmən olan əcnəbi kişi baxışlarından qorumuş olur.
Qərb aspektində əsasını iqtisadi yönün təşkil etdiyi tərəqqinin müsəlman-türk cəmiyyətinə vurduğu zərbələrdən biri də məhz bu baş örtüsünün aradan qaldırılmasıdır. Burada Qərbin ən böyük arqumenti isə həmin qadın haqqları, qadın azadlığıdır. Halbuki, onların dəstəklədiyi azad qadınlar indi əxlaqsızlıq və ailəsinin dağılması ucbatından əzab çəkirlər...

Dəyişikliklərə bağlı Şərq cəmiyyəti?..
Qərbdə baş verən bütün dəyişikliklərə baxmayaraq bu dəyişikliklərin müsəlman-türk cəmiyyətinə tam nüfuz edə bilməməsinin səbəbləri çox araşdırılıb. Burada əsas səbəb heç də türk cəmiyyətinin dəyişikliklərə bağlı olması deyil. Sadəcə bu cəmiyyət milli-mənəvi dəyərlərinə daha sadiqdir. Eyni zamanda üzvü olduğumuz bu cəmiyyət dəyişikliklərə daha tez adaptasiya olunur və bu dəyişiklikləri özününküləşdirə bilir. Bunu Dr. Necmettin Turinay öz kitabında qeyd edir (Dr. Necmettin Turinay, “Değişen toplum ve aile”, Ankara -1996, shf 174).

Nəticə
Ailənin sosial əhəmiyyəti və indiki cəmiyyətimizdəki yeri, ailənin bir müəssisə kimi struktutunda baş verən dəyişikliklər haqqında çox danışmaq olar. Yazılanlar da kifayət qədərdir. Sadəcə, bu dəyişən cəmiyyətin bir üzvü kimi öz fikrlərimi ifadə etmək məncə özüm üçün faydalıdır. Bəzən sözlə deyə bilmədiklərini qələmlə, yaxud da kompyüter klaviaturası ilə daha rahat ifadə edə bilirəm. Son olaraq: “bizim cəmiyyətimizin müsbət iqtisadi dəyişikliklərin qəbul etməsi ilə bərabər mənfi sosial dəyişikliklərə qarşı da mübarizə aparmasını arzu edirəm”.

3.06.2007

Gəlin yardım əlimizi uzadaq!

Əziz həmvətənlərim!
1986-cı il təvəllüdlü tələbə qız -Allahverdiyeva Aygün Oqtay qızı, 4-cü dərəcəli skolioz xəstəsidir. Müalicəsi üçün 25 000 ABŞ dolları məbləğində vəsaitə ehtiyacı var.

Kapital bank ASC
S.W.I.F.T: aiibaz2x
VÖİN: 9900003671
Fad: 2000 26
Müxbir hesab: 0137010001944
Manat hesabı: 115338010000
Azərbaycan, Bakı AZ1014
Füzuli 71
Tel/Faks: (+99412) 4936229

Allah yardımçısı olsun!

3.02.2007

BAKI PƏHLƏVANLARINA

Könlüm bulanır küçədə cövlanını görcək,
Nitqim tutulur hərzəvü hədyanını görcək.

Canım üzülür əldəki qalxanına baxcaq,
Qəlbim alışır beldəki patranını görcək.

Baxdıqca revolverinə əndamım olur süst,
Bağrım yarılır xəncəri-bürranını görcək.

Təfriq edəməm: məstmi, hüşyarmısan sən,--
Məstanərəviş, məşyi-pərişanını görcək.

Düşdün lotuluq məşqinə, islama uyuşma,
Öldür nerədə olsa müsəlmanını görcək.

Qoy börkünü kəc qaşının üstündə, fırılda
Kəndin kimi bir lotiyi-meydanını görcək.

Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə,
Yum gözlərini xaneyi-viranını görcək.

Əmrədlər ilə keyfıni çək bağda, çəməndə,
Bir baxma da ətfali-ciyərqanını görcək.

Gah "iskoroxod" çəkmə, gəhi gey "lakoronni",
Vellən gecə-gündüzdə xuramanını görcək,

Var-yoxunu sərf eylə barişnalara, ancaq
Söy həmsəri-məzlumeyi-nalanını görcək.

Gül, gül ki, cavansan,
Əyyaşi-cahansan,
Sərxoşlara cansan!
Vaxta ki, qocaldın,
Rişi döşə saldın,
Pis günlərə qaldın

Onda biləcəksən!....

Mirzə Ələkbər Sabir (Allah rəhmət etsin!)

2.22.2007

Hiyləgər Millət

Bəlkə də çoxunuz bilirsiniz. Ancaq bir daha bilməyənlərə ünvanı yazıram.

Yazdığım mövzu ingilis milləti haqqındadır. Əlbəttə bu xalq hazırda dünyanın ən inkişaf etmiş dövltlərinin millətidir. Amerika, İngiltərə, Kanada, Avstraliya, Yeni Zelandiya və daha nələr. Bu xalq həm də hiyləgər olmaqla yanaşı tülkü, yaltaq və ikiüzlüdür. Bir çoxlarından fərqli olaraq yazdıqlarımın arxasındayam və sübutlar da göstərəcəyəm. Sübutlar isə elə tarixdən başlayıb bugünümüzə kimi gəlir. Adətən qalib mühakimə olunmur deyirlər. Ancaq elə bu sözü də iyrənc millətin özü, hiyləgər yollarla qalib gəldiyi üçün deyib. Ancaq buna baxmayaraq, mənim də qalibi mühakimə etmək fikirim yoxdu. Lakin bu xalqın zəif yerlərini də mən qeyd edib bildirmək istəyirəmki, gəlin biz müsəlman dünyasıda birləşib onları öz əllərilə yıxaq. Necə oldugunu isə qeyd edəcəyəm.

Əvvəlcə sübutları qeyd edim.

İngiltərə Avropanın qərbində yerləşir. Şimalında Şotlandiya, cənubunda Uels, İngiltərənin qərbində isə İrlandiya yerləşir. Burda ilk şəhər London IX əsrdə, ilk dovlət isə XI əsrdə, Normandiya hersoqu Vilhelmin Qastings döyüşündən sonra qurdugu krallıqla meydana gəldi. Və o dövrdən tarixin bugününə kimi bu ərazidə İngiltərə deyilən bir dövlət, dünya üçün də bir təhlükə yarandı. İngilislər dünyanın ən murdar və iyrənc xalqıdır. Səlib yürüşlərinə qədər bu millətin bir nümayəndəsinin yanında iydən durmaq olmurdu. Lakin səlib yürüşlərindən sonra, həm islam dünyasından mədəniyyət öyrəndilər, həm də buranın zənginliklərini görüb tarixi mübarizələrinə başladılar. Hərbi sahədə bunun imkansız oldugunu görüb digər bir üsula əl atdılar. Bu isə masonluq forması idi. Buna görədə XII əsrdə masonluq ali rütbəsini yaratdılar. Əslində Masonluğun ilkin yaradıcıları firon dövründə, qədim Misirdə yaşamış kaballist(kaballa- yəhudilərin təhrif olunmuş dini kitabı) yəhudilər olmuşdur. Qlobal masonluq məhz burdan yaranıb və bu ayrı bir mövzu olduğundan, bunun üçün ayrıca məlumat növbəti saylarımızdan birində verəcəyəm. İndisə söhbətimizə qayıdaq. Masonluq rütbəsi yarandıqdan sonra ingilislər artıq Şərqin diplomatiya yolu ilə yıxılmasına qərar verdi. Və bacarmadı desək yalan olar. Əslində ilk əvvəllər ingilislər ehtiyatla yanaşırdılar. Səbəb çox idi. Amma ən əsası ondan ibarət idi ki, Şərqə gedən bütün yollar Osmanlının əlində idi. Məhz bu səbəb ingilisləri ehtiyatlı olmaga vadar edirdi. İlk əvvəllər Osmanlı, Teymurilər və Səfəvilərə diplomatlarını göndərib bu türk dövlətlərini bir-birinə vurdular. Nəticədə qalibiyyətlərini bir türkün digərinin üzəridə qələbəsilə qeyd edirdilər. Və bu sistemi XVIII əsrə qədər davam etdirdilər. Yəni Osmanlı Xəlifəsini zəiflədənə qədər. Bundan sonra isə hadisələr tam qurulmuş planın axarı ilə getməyə başladı. Əvvəlcə Osmanlı ilə İran arasıda barışmaz təfriqə saldılar. Yəni, Osmanlı sünnəsini və İran şiəsini ən acınacqlı problemə çevirdilər. Cahilləri və şöhrətpərəst insanları ələ alıb bir-birinə qarşı qoydular. Əslində şiə də, sünnə də qardaşdırlar. Hər iki məzhəbin nümayəndələri Allahın ən böyük sadiq bəndələridir. Ancaq bunların cahilləri öz aləmləində haqlı oldugunu deyib,biri digərinə "kafir" deyir ki, bu da ingilis diplomatiyasının işindən xəbər verirdi. Və indi də verir. Onuda deyim ki, Allah qatında insanlar nə sünnə, nə də şiə məzhəbinə xidmətlərinə görə yox, imanlarına görə seçilirlər. Bu sözümü şiə və sünnə bacı-qardaşlarım UNUTMASİNLAR. XIX əsrdə artıq ingilislər dünyanın demək olar ki, yarısını tutub talamışdılar. Bu dövrlərdə dəfələrlə soyqırım etmiş və"parçala və hökmranlıq et" siyasətini həyata keçirmişdilər. 1896-cı ildə yəhudi millətçisi Teodor Herzl "Böyük İsrail" adlandırılan və Fərat çayından Nil çayına qədər olan ərazini əhatə edən, saxta bir dövlətin planını qurmuşdu. Bunu həyata keçirmək üçün Osmanlı imperiyasını dağıtmaq lazım gəlirdi. İngilislərin əlində isə kifayət qədər imkan var idi. Həm imperiyanın cənubunda XVIII əsrdə yaratmış olduqları vəhabiləri, kidyaniləri, əhmədiyaniləri, həm şərqdə olan erməniləri, kürdləri, həmdə qərbdəki yunanları ayağa qaldırdılar. Bu zaman Osmanlı imperiyası dağıldı. Lakin bu ingilislərin istədiyi nəticəni tam vermədi. Düzdü, ərəb ölkələri Osmanlidan ayrılmışdı və ingilislərin dəstəyilə Səudilər Ərəbistanda hakimiyyəti ələ almışdı. Ancaq XVIII əsrdə özlərinin rəsmi şəkildə yaratmış oldugları Masonluq ali rütbəsinin tərkibindən XX əsrin əvvəlində M.K.Paşa adlı bir insan ayrılıb Türkiyə dövləti yaratdı. Bu ingilislərin planının bir hissəsini pozdu. Ancaq artıq Məkkə, Mədinə kimi dini ərazilərin Osmanlıların nəzarətidən öıxması Çörçili rahrtlaşdırmışdı. Lakin bu zamanda dünyanın ən varlı insanı Rotşild rahat ola bilmirdi. Çünki, Teodor Herzin hazırladıgı plan batırdı. Həm də sionistlərin Amerika üzərində güclü təsirə malik olması, yeni bir planin hazırlanmasına gətirib öıxardı. Bu plana əsasən 2-ci dünya müharibəsi başlanmalı idi. Və 1938- ci ildə Atatürk vəfat etdi. Bu İsrail dövlətinin yaranması demək idi. Lakin artıq gec idi. Bir neçə aydan sonra Şirnikləndirilmiş Hitler müharibəyə başlayacaqdı. Müharibədə isə Hitler sionistlərin dəstəyi ilə yəhudiləri qırmağa başladı. Bu avropa yəhudilərinin Fələstinə qaçması üçün hazırlanmışdı. Və Rotşild bütün sərmayəsini bu köçürməyə həsr etdi. Nəticədə 1948-ci ildə tarixi Fələstin Ərəb dövlətinin ərazisində İsrail yəhudi dövləti yaradıldı. bununlada dünyanın siyasi mərkəzi bir ingilis dövlətindən digərinin, yəni Amerikanın əlinə keçdi. Bundan sonra isə İslam dövlətləri parçalandı. Keçmişdə ingilis diplomatlarının gördüyü işi bu zaman Amerika səfirləri edirdilər. Bununla yanaşı İslam dövlətlərinin çoxunun başında Mason məktəbi keçmiş insanlar dururdular. Bundan istifadə edən İsrail ərəblər üçün ayrılmış torpaqları da işğal etdi. Lakin tarixin bugününə kimi Fələstin ərəblərinin qırğını davam edir. Bütün bunlar təbii hiyləgər, tülkü, yaltaq, ikiüzlü və lənətlənmiş ingilis və yəhudi xalqlarının planlarına əsasən həyata keöirilir. 1979-cu ildə İran Amerika ilə diplomatik münasibətləri kəsdi. Bu zaman İraqda dövlət çevrilişi baş verdi. Qərbin dəstəyi ilə Səddam

Hüseyin hakimiyyəti ələ aldı. Bu İraqı müharibəyə sürüklədi. Nəticə etibarilə qərb qazandı. 8 il ərzində 10 minlərlə müsəlmam bir-birinə qəsd etdi. Buna baxmayaraq imperiya həvəsinə düşən Hüseyin Küveyitə qoşun yeritdi. Bu qərbin istədiyi bir addım idi.(siyasi dildə desək, qərbin xoşuna gəlmədi).Və buna görə ABŞ İraqa müharibə elan edib Küveyiti “Küveyitin suvernliyi” adı altıda ələ aldı. Oyuna gəldiyini görən Səddam keçmiş müttəfiqinə qarşı gəlməyə məcbur oldu. ABŞ İraq variantını həmdə Türkiyədə həyata keöirmək istədi. Ancaq Türkiyənin İraq olmadıgını nəhayətində dərk edib PKK-ya əl atdı. Bu plan da özünü dogrultmur. Lakin ABŞ höküməti həm də Türkiyəni AİB-yə daxil edib İngilis-Türk birliyini yaratmaq və bu birliyi Fransa-Almaniya birliyinə qarşı qoymaq istəyir. Bununlada AİB-ni dagıtmaq və burdan gələn gəlirin İngiltərəyə axınını təşkil etmək istəyir. Lakin həm Almanlar, həmdə fransızlar buna imkan vermirlər. Ancaq onu da qeyd edim ki, buna baxmayaraq ABŞ da, İngiltərə də artıq dünyanı öz oyunlarına uygun qururlar. Və birdə yəhudilər bu plana qoşulub və tuzun sayı 3-ə çatıb. Və nəhayət bildirmək istiyirəm ki, bu dövlətlərin zəif yeləri öoxdu. Amerika ştatlarının bir çoxunda ağlarla-qaralar arasıda düşmənçilik mövcuddur. İrlandiya və İngiltərədə provaslavlarla-katoliklər arasında düşməçilik ən yüksək səviyyədədir. Kanadada eyni vəziyyət adi hal almaq üzrədir. İslam dünyası da bundan istifadə etməyi bacarmalıdır. İngilislər hinduları bir səbəbə görə asan qırıdılar ki, onlar öz dinlərinə uyğun hərəkət edib İngilislərə qarşılıq vermirdilər. Biz müsəlmanlar isə yəqinki, əvvəl axır kafirlərin dərsini verəcəyik.

İngilislər tarixin teroristləridir. Belə deyim varki, 2 ingilis bir yerdə imperiya, 2 alman isə müharibədir. Ancaq sizi əmin edirəmki, 2 ingilis olmasa, heç vaxt 2 alman bir yerdə müharibə olmazdı. Bunu mən yox tarix təsdiq edir. Hətta onu deyim ki, Venesuelada hökümət öevrilişi baş verir. Lakin çevriliş məğlub olur. Bu zaman bir amerikan jurnalist prezidentə sual verir ki; biz də xiristian dövlətiyik. Lakin nəyə görə bizdən fərqli olaraq sizin dövlətinizdə tez-tez зevriliє baє verir? Çavez cavabında bildirir ki, əgər Amerikada da, Amerika səfirliyi olsa əminəmki,orda da belə olardı. Və ya digər bir həqiqəti qeyd edim. 1992- ci ildə Hindistanda, Amritsar əyalətində, Qurban bayramı günündə bir müsəlman inək alıb aparır. Qarşısına зıxan bir hindu inəyi hara apardıрını xəbər alır. Aydın olur ki, inək qurbanlıq imiş. Hindu inəyi almaq istəyəndə. “müsəlman” qışqırır ki, ey qardaşlarımız imkan verməyin qurbanımızı əlimizdən alırlar. Hindu da, qıєqırır ki, imkan vermiyin Tanrımızı öldürürlər. Nəticədə insanlar bir-birinə girirlər və 10-a yaxın insan vəfat edir. Sonradan hər iki insanın ingilis səfirliyinə girdiyi məlum olur. Ümid edirəm ki, nəsə bir məlumat verə bildim. Ingilislər həm də tarixin ən çox soyqırım edən millətidir.

1757, 1798, 1830 1846, 1852, 1857-ci illərdə 2 mln

1607- 1779 cu illər Amerikada 15 mln hindu.

1899 cu il Afrikada 200 min Zənzibarlı

1642- 1723 cü illər Avstraliyada 2 mln çox Aborigenlər.

1852- ci il çində 100 min.

1930 cu il Hindistanda 200 nəfər

1965-1972 ci illər Viyetnamda 1,1 mln.

2003- 2006 cı illər Iraqda 700 min

Onuda qeyd edim ki, orta hesabla Iraqda hər gün 100 ərəbi inilislər güllələyir. Sünnə- єiə münaqişəsini genişləndirir və bu yolla əhalini qətlə yetirirlər. Iraqlı qadınları, qızları zorlayır, kişiləri heyvan kimi döyürlər. Buranı yəhudi dövlətinin tərkibinə qatmaq istəyirlər.

Sizə bir məsləhətim varki, özünüzü ingilislərdən qoruyun.

2 INGILS BiR YERDƏ IMPERIYADIR.

Alik

Farsın şərrindən Allaha sığınıram!

Rəhman Və Rəhim olan Allahın adı ilə!
Ya Rabbi, bu yolunu azmış, özünü müsəlman zənn edən, amma, əslində İslamiyyətdən uzaq olan, qədim tarixə malik olan, amma, bu tarixə xəyanət edən, ölkəsinin yarısından çoxunun türk olduğu halda türk dilində məktəblərin açılmasına belə izin verməməklə 10 milyonlarla müsəlman türkün haqqına girən, ərəbə qarşı ədavətindən yeni məzhəb kəşf edən adına fars deyilən millətin şərrindən sənə sığınıram!
Özünə müsəlman deyən bu qövm nə qədər də cahildir! Mehdi gələcək deyə-deyə Sənin fərz buyurduğun Cümə namazlarını qəza edən bu millət əsrlər boyu İslamiyyətə
bayraqdarlıq edən türkə qarşı etdikləri bu haqsızlığın nələrə gətirib çıxaracağını heç düşünmürlər! Anlamırlar ki, bidətin başında dayananların ta təkidirlər. Anlamırlar ki, İmam-ı Azam Əbu Hənifə həzrətləri kimi İslamiyyəti kökündən araşdırıb və növbəti nəsillərə dəyərsiz irs buraxan islam alimi də əslən fars olub. Anlamırlar ki, öz köklərindən sapıblar.
Anlamırlar ki, Firdovsinin yazdığı kimi uydurma hekayələrlə nə özlərinin, nə də ki, başqalarının beyinlərini dumanlandıra bilməyəcəklər: türk bu millətdən fərqli olaraq Tək Tanrı yolundan, yəni, Ey Uca Rəbbim, sənin yolundan dönməmişdir. İndi etdikləri hərəkətlərlə nəyi sübut etməyə çalışırlar? Bizə İslamiyyətimi tədris etmək istəyirlər? ...Hansını ki, biz, əsrlərlə kafirlərə anlatmışıq.
Ya Rabbi! Bu farslar niyə anlamırlar ki, Səməd Behrəngi onlara sübut etdi ki, azəri türklərinə qoşduqları "eşşək" ləqəbi əslində kimə aiddir?! Bunlar niyə özlərini aldatmağı üstün tuturlar ki? Nizami Gəncəvinin nə fars, nə də kürd olmadığını -türk olduğunu anladıqları halda kimi və nəyə görə aldadırlar? Ey Rəbbül-Aləmin, bu qövm niyə anlamır ki, haqsızlığa yol verənlər hər zaman ya daşların, ya da lavanın altında məhv olublar? İndi bunları da buna bənzər bir aqibətin gözlədiyini niyə anlamırlar axı?..

Niyə anlamırlar ki, bu şəkildəki "Allah lafzı" deyil -sadəcə, bunların növbəti bidətləridir? Kimi, nəyi, hansı qüvvəni aldatmaq istəyirlər? Bəyənmədikləri türkün gerbinə bir nəzər salsınlar -Quranın yazısına daha yaxın olan bu od işarəsi türk qəlbində Sənə qarşı olan imanın heç zaman sönməyəcəyini sübut edir! Ya Rabbi, səni aldada bilməyəcəklərini heçmi anlamırlar bu cahillər? Hz. Əli (r.a.)-ni peyğəmbərlərin layiq olduğu məqama qaldırmağın heç bir faydasının olmamasını və bunun həm o dahi şəxsiyyətə, həm də, Rəbbim, Sənə xəyanət olduğunu niyə anlamırlar?
Türkün gec-tez azad olacaq, birləşəcək, bir olacaq, hür olacaq əzmdə olacağına inanmırlar deyəsən. Axı biz bunu sübut etmişik! Axı biz son 1 əsrdə 3 dəfə -1918-ci ildə Ulu Öndərimiz Məhəmməd Əmin Rəsulzadə, 1945-ci ildə Pişəvəri, 1991-ci ildə isə Elçibəyin (Rəhmətini üzərlərində əksik etmə, Ya Rabbi!!!) ideyaları ətrafında birləşməyimiz bunun bariz nümunəsi deyilmi?
Ancaq bir həqiqət var ki, biz layiq olduğumuz qarşılığı görməliyik. Bu dəyişməz həqiqətdir! Sən bizə Kəlamın olan Quranda bunu dəfələrlə bildirmisən. Ya Rabbi, Sən Səni unutmayanları heç zaman unutmazsan! Bizlər səni unutmuşuq, Ya Rabbi! Bizləri əfv et, Ya Rabbi! Başda türk milləti olmaqla, bütün millətləri ayılt! Günahlarımızı bağışla, Ya Rabbi!
Aciz, günahkar qulun İlqar.

1.15.2007

Ağlama vətən ağlama, biri də gəlib səni qurtarar


Mövzuya toxunanda köksümdəki yaralar oyanır. Ağlamamaq ancaq mümkünsüzlükdür. Axı, necə ağlamayasan?

Dərbənddən Fərat çayına, İberiyadan Xəzər dənizinə kimi ərazisi olan məmləkətim indi tükləri yolunmuş bir qartala bənzəyir. Çox təəssüflənirəm: 1) bu millətin tarixinə heyfim gəlir; 2) bu məmləkətin varına, dövlətinə yazığım gəlir.

Gözümün önündə türkçülüyümün əridilməsi məni heyrətə salır. Cəmiyyətimiz çox sakitdir. Sanki son mənzili qəbul etməklə barışmışıq. Yox! Vallah bu vətənə yaraşmır. İnanın ki, bu millətə yaraşmır. Axı bir tarixə baxın. Gör bir bu vətən kimləri yetişdirib. Bu millətin anası kimdi! Yox, vallah yaraşmır. Mən bir azərbaycanlı türküyəm, türkoğluyam. Ona görə də həzm edə bilmirəm. Axı necə edim? “AzTV” və “Lider” kimi kanallar soyumuzu-kökümüzü silmək üçün yarışa girib. Pul bütün “kulturamızı” üstələyib. Atıq milli kimliyimizi də pula satmaq üzrədirlər. Yox, qardaş, həzm edə bilmirəm.... . Bu millət Nizamilər yetişdirdi, hər kəliməsi bir müdriklik idi. Tayı-bərabəri yox idi. Hər sözü bir hikmət idi! Bu millət Nəsimilər yetişdirib, hər sözü bir qüdrət idi! Bu millət Füzulilər yetişdirib hər sözü bir məhəbbət idi! Nə Rəsulzadələr, Müşviqlər, Cavidlər yetişdi bu torpaqda! Yaşamadılar, ancaq yaşatdılar bu vətəni, milləti. Vallah məni qınamayın. Mənim 300 mln türk millətim var. Axı mən necə fəxr etməyim bunlarla? Türkçülük mənim şəxsiyyətimin bütövlüyüdür. Ona xəyanət edənləri gördükcə od tutub yanıram. Düzünü deyimki bu məmləkəti 1915-ci il Türkiyəsinə bənzədirəm. O zamanda vətən ağlayırdı.Və bir ATATÜRK deyilən şəxsiyyət vardı. Xırda bir vilayətdən çıxıb məmləkəti azad elədi. Həmdə eyni anda ingilis,yunan,fransız,erməni və digər işğalçıların qoşunlarını məğlub edərək qurtardı. Bir CÜMHURİYYƏT qurdu. Və yaşatdı. Gələcək nəsillərə bir miras göndərdi. Bu TÜRKÜN kim oldugunu göstərir.

Ancaq biz hələ Qarabağımızı ala bilmirik. Çünki bir vətənə,bir millətə dövləti “xilas edəcəyik” pərdəsi altında yalaçılara,rüşvətxorlara yox, onu qoruyub bir bütövlük şəklində gələcəyə çatdırana ehtiyacı var. Atatürk kimi bir igidə ehtiyacı var. Ağlama vətən,ağlama. Bir Atatürk də sən yetişdir, səni qurtarsın. Gözləmə dünyanın ədalətini. Onsuzda ədalətsiz sən olacaqsan.

Alik Mədətoğlu

12.27.2006

Hikmət xəzinəsindən::Hədis

  • "İnsanların Allah qatında ən məqbul olanı əvvəl salam verəndir."


  • "Allahın sənə pay verdiyinə şükr et ki, insanların ən zəngini olasan."

  • "Sizin ən xeyirliniz borcunu ən yaxşı ödəyəninizdir."